24 
Dek
2020
13:36
199
16
2416
Virtual karabakh

Bakıda kişidən küllü miqdarda narkotik maddə götürülüb - FOTO/VİDEO

24 Dek, 2020
13:36
2416

Bakıda kişidən küllü miqdarda narkotik maddə götürülüb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında paytaxtın Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Ələddin Abdullayev saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zamanı külli miqdarda - 3 kiloqram 510 qram heroin və 495 qram tiryək aşkar edilərək götürülüb. 

Araşdırma zamanı müəyyən edilib ki, Ələddin Abdullayev narkotik vasitələri tanışı olan xarici ölkə vətəndaşından satmaq məqsədi ilə əldə edib. 

Faktla bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adıçəkilən şəxs tutularaq istintaqa təqdim olunub. Əldə edilən narkotik vasitələrin mənbəyinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri