Yan
2021
18:59
45
412
15457
Virtual karabakh

Ağstafadakı dəhşətli qətllə bağlı Prokurorluqdan rəsmi AÇIQLAMA - YENİLƏNİB

Yanvarın 9-da saat 16 radələrində Ağstafa rayonunun Sadıxlı kəndində Taleh Süleymanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Ağstafa rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla zərərçəkmişin qaynı 1991-ci il təvəllüdlü Mustafayev Ramil Məmmədrahim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Taleh Süleymanova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Ramil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

17:51

Ağstafa rayonunda odlu silahla qətl törədilib.

Report-un məlumatına görə, hadisə rayonun Sadıqlı kəndində qeydə alınıb.

Rayon sakini Taleh Süleymanov tüfənglə qətlə yetirilib.

Onun qayınatası Rəhim adlı şəxs tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirildiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri