19 
Yan
2021
19:24
107
623
21888
Virtual karabakh

“Lotu Quli”nin məzarı üstündə atışma olub: Ölən var - FOTO/VİDEO

19 Yan, 2021
19:24
21888

“Lotu Quli”nin məzarı üstündə atışma olub: Ölən var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən məzarı üstündə silahlı insident baş verib.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, yanvarın 17-də Nadir Səlifovun məzarı önünə gələn iki Azərbaycan vətəndaşı - Əli Həşimovla Kənan adlı şəxs arasındakı dava silahlı insidentlə yekunlaşıb.

Nəticədə tərəflərdən biri 27 yaşlı Əli Həşimov baş nahiyəsindən güllə xəsarəti alaraq həlak olub.

Onu öldürməkdə şübhəli bilinən 29 yaşlı Kənan adlı şəxs isə polislərə verdiyi açıqlamada Ə.Həşimovla aralarında düşmənçiliyin olduğunu bildirib.

Polislər hadisə ilə əlaqədar şübhəli bilinən daha üç nəfəri saxlayıb.

İnsidentlə əlaqədar araşdırma davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri