12 
Fev
2021
11:57
98
20
1480
Virtual karabakh

Ağsu sakinindən müxtəlif növ narkotik vasitələr götürülüb - FOTO

12 Fev, 2021
11:57
1480

Ağsu sakinindən müxtəlif növ narkotik vasitələr götürülüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi  ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Navahı kənd sakini Ruslan Hüseynov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı həmin şəxsdən narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə R.Hüseynovun yaşadığı ünvana baxış keçirilib və oradan qurudulmuş marixuana aşkar edilərək  götürülüb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri