20 
Fev
2021
10:04
140
9
1935
Virtual karabakh

Xaçmazda arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

20 Fev, 2021
10:04
1935

Xaçmazda arvadını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazda arvadını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Rəşidov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 10-da saat 14:00 radələrində Xaçmaz rayonu ərazisində baş verib. Nəticədə zərərçəkmiş aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölüb. 

Xaçmaz rayon prokurorluğunda aparılan istintaqla hadisənin zərərçəkmişin əri Rəşad Rəşidov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Rəşidova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri