29 
Mar
2021
15:12
14
163
3511
Virtual karabakh

Oğurladığı avadanlıqları dəyərindən 15 dəfə ucuz satdı - FOTO

29 Mar, 2021
15:12
3511

Oğurladığı avadanlıqları dəyərindən 15 dəfə ucuz satdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş, Eşlən Bayramov rayonun Sərkar kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulan anbara qeyri-qanuni yolla daxil olaraq oradan, ümumi dəyəri 3000 manat olan, müxtəlif elektrik avadanlıqlarını oğurlayıb.

Oğurladığı əşyaları 200 manata satdığını etiraf edən E. Bayramov maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri