31 
Mar
2021
11:09
175
19
2823
Virtual karabakh

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 13 nəfər saxlanılıb - FOTO

31 Mar, 2021
11:09
2823

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 13 nəfər saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı polis postlarından kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə icazəsiz keçməyə cəhd göstərən 13 nəfər Beyləqan rayon sakini beş avtomobillə birlikdə rayonun Alxanlı kəndi ərazisində müəyyən edilərək saxlanılıb.

Həmin şəxslər saxlanıldıqdan sonra polis şöbəsinə gətirilib, müvafiq araşdırmalarla onların barəsində protokollar tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri