Apr
2021
22:38
295
42
4752
Virtual karabakh

Həbsxanaya balığın içində narkotik keçirmək istəyən qadın tutulub - FOTO

9 Apr, 2021
22:38
4752

Həbsxanaya balığın içində narkotik keçirmək istəyən qadın tutulub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

APA xəbər verir ki, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Məhərrəmov Ramil Məhərrəm oğluna qohumu Sumqayıt şəhər sakini Həmzəyeva Xanım Şakir qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zamanı orada balıqların içərisində xüsusi üsulla gizlədilən 11 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi 1,336 qram olan psixotrop maddə- metamfetamin, ümumi çəkisi 0,320 qram olan narkotik vasitə-metadon və ümumi çəkisi 2,250 qram olan psixotrop maddə  preqabalin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri