10 
Apr
2021
09:45
103
10
2073
Virtual karabakh

Üç nəfəri bıçaqlayan şəxs hakim qarşısında

10 Apr, 2021
09:45
2073

Üç nəfəri bıçaqlayan şəxs hakim qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda 3 nəfərə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Sərhad Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Fəhmin Hümbətovun icraatındadır.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Hökməli qəsəbəsində baş verib. S.Əliyev 1975-ci il təvəllüdlü Nəsirli Cəmil Təvəkkül oğlu və övladı, 1998-ci il təvəllüdlü Nəsirli Zaur Cəmil oğlunu, habelə onların yaxın qohumu, 1976-cı il təvəllüdlü Baxşəliyev Bürcəli Beydulla oğlu bıçaqlayıb.

S.Əliyevə Cinayət Məcəlləsinin Ona Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri