12 
Apr
2021
16:48
67
10
1511
Virtual karabakh

Şəmkirdə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi

12 Apr, 2021
16:48
1511

Şəmkirdə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə bıçaqlanıb öldürülən kişi ilə bağlı cinayət işi başlandı.

Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, 5 yanvar 2021-ci il tarixdə Şəmkir rayon sakini Tağıyev Əhliman Kənan oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şəmkir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin tanışı Hüseynov Rəvan Eynur oğlunun sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar qeyd edilən tarixdə rayon ərazisində Əhliman Tağıyevlə görüşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəvan Hüseynov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri