15 
Apr
2021
15:18
177
22
2792
Virtual karabakh

Azərbaycan axtarışda olan şəxsi Gürcüstana ekstradisiya etdi

15 Apr, 2021
15:18
2792

Azərbaycan axtarışda olan şəxsi Gürcüstana ekstradisiya etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü bu ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə Azərbaycan Baş Prokurorluğuna sorğu daxil olub. 

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Gürcüstan Respublikasının vətəndaşı, Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsinin 7-ci hissəsi (iki və daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) təqsirləndirilən Əliyev İlyas Qəzənfər oğlunun – 23.05.2018-ci il tarixində Gürcüstanın Marneuli şəhərindən Bolnisi şəhərinə gedən yolda idarə etdiyi nəqliyyat vasitəsinin istismarı qaydasını pozması nəticəsində yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iki şəxsin ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Rustavi şəhər məhkəməsinin 17.12.2020-ci il tarixli hökmü ilə İlyas Əliyev 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İlyas Əliyev barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Gürcüstan Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə İlyas Əliyev 15.04.2021-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri