26 
Apr
2021
14:20
180
8
1958
Virtual karabakh

İmişlidə beş min manatlıq mal-qara oğurlayan şəxslər saxlanıldı

26 Apr, 2021
14:20
1958

İmişlidə beş min manatlıq mal-qara oğurlayan şəxslər saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir qrup İmişli rayon sakini Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus mağaza və evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar İmişli RPŞ-nin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum edilmişlər İlkin Əliyev və Taleh Aşurov olduğu müəyyən edilib. Həmin şəxslərin pul, kontur, siqaret, xırdabuynuzlu heyvanlar oğurlamaqla ayrı-ayrı şəxslərə 5 min manatdan artıq ziyan vurduqları müəyyən edilib.

Saxlanılanların rayon ərazisində digər cinayətlər törətmələri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə İmişli Rayon Polis Şöbəsinə və DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri