26 
Apr
2021
15:36
130
18
2905
Virtual karabakh

Şabranda ev oğurluğunda iştirak edən yeniyetmə tutuldu - FOTO

26 Apr, 2021
15:36
2905

Şabranda ev oğurluğunda iştirak edən yeniyetmə tutuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabranda oğurluq edən şəxslər saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən məişət əşyaları və avadanlıqları oğurlamaqda şübhəli bilinən iki nəfər şəxs saxlanılıb. 

Araşdırmalarla onların Şabran rayon sakini Sənan Məstanov və onun tanışı olan bir yeniyetmənin olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisəsini etiraf ediblər.

Oğurlanan əşya və avadanlıqların bir qismi maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Faktla bağlı Şabran RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxslərin analoji hadisələrdə iştirak edib-etməmələri araşdırılır. 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri