28 
Apr
2021
20:34
21
443
7507
Virtual karabakh

Lerikdə üç uşaq anası amansızlıqla qətlə yetirilib - VİDEO

28 Apr, 2021
20:34
7507

Lerikdə üç uşaq anası amansızlıqla qətlə yetirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lerik rayonunda üç uşaq anasının boğazı kəsilərək qətlə yetirilib.

“Report” xəbər verir ki, hadisə Barzavu kəndində qeydə alınıb.

Belə ki, 40-45 yaşlarında olan qadın evində boğazı kəsilmiş vəziyyətdə aşkar olunub.

Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır. Övladlarından kiçiyi anası ilə birlikdə qalır.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri