28 
Apr
2021
22:28
22
247
6454
Virtual karabakh

Tovuzda baş verən bıçaqlanmanın təfərrüatı məlum oldu - YENİLƏNİB

28 Apr, 2021
22:28
6454

Tovuzda baş verən bıçaqlanmanın təfərrüatı məlum oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzda baş verən bıçaqlanmanın təfərrüatı məlum olub.

Əldə etdiyimiz məlumata görə, tərəflər arasında domino oyunu zamanı mübahisə baş verib və sonradan qanlı cinayət olub. 

Qeyd edək ki, hadisə çayxanada qeydə alınıb.

21:00

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

1977-ci il təvəllüdlü Qasımov Rəhim Şəhriyar oğlu 1977-ci il təvəllüdlü Həsənov Şaban Şirin oğlu ilə mübahisə edib. Bu zaman Həsənov Şaban Qasımov Rəhimə bıçaq xəsarəti yetirib. Rəhim isə Şabanı küt alətlə yaralayıb. 

Hər ikisi xəstəxanaya yerləşdirilib. 

Qasımov Rəhim əməliyyat olunub. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri