17 
May
2021
12:27
176
25
5501
Virtual karabakh

Ananı yaralayıb övladını öldürən şəxsin işi Gəncə Ağır Cinayətlər Məhkəməsində

17 May, 2021
12:27
5501

Ananı yaralayıb övladını öldürən şəxsin işi Gəncə Ağır Cinayətlər Məhkəməsində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2 iyul 2020-ci il tarixdə Tərtər rayon sakini Lamiyə Əliyevanın öldürülməsinə cəhd edilməsi, azyaşlı oğlu Ömər Ağazadənin öldürülməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda aparılan cinayət işi başa çatıb. 

Tərtər rayon prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, rayon sakini Elmir Hüseynov heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə əvvəlcədən tanımadığı Lamiyə Əliyevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib, sonra isə onun gözləri qarşısında azyaşlı oğlu Ömər Ağazadəyə xəsarətlər yetirərək qəsdən öldürüb.

Elmir Hüseynov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri