24 
İyn
2021
09:16
94
14
4742
Virtual karabakh

Sumqayıtdakı amansız qətl ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ

24 İyn, 2021
09:16
4742

Sumqayıtdakı amansız qətl ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 23-ü saat 23 radələrində 1972-ci il təvəllüdlü Sevil Abdullayevanın H.Z.Tağıyev qəsəbəsi ərazisində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ağabəy Atabalayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Sevil Abdullayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ağabəy Atabalayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq  davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri