İyl
2021
16:44
113
12
4445
Virtual karabakh

Göyçayda direktor müavininin cinayət işi məhkəməyə göndərilib

6 İyl, 2021
16:44
4445

Göyçayda direktor müavininin cinayət işi məhkəməyə göndərilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyçay Peşə Liseyində baş vermiş qanunsuzluqlarla bağlı Göyçay Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Göyçay Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ibtidai istintaqla müəyyən edilib ki, 2000-2021-ci illər ərzində liseydə inzibati təsərrüfat işləri üzrə direktor müavini işləmiş Fazil Qədirov 2020-ci ilin yay aylarında onunla Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında bağlanmış əmək müqaviləsinə əsasən, tədris müəssisəsinin əmlakının uçotunu və inventarlaşdırılmasını təşkil etmək, qiymətli malların və materialların qorunub saxlanmasını təmin etmək səlahiyyətlərinə malik tam maddi məsul şəxs olmaqla, liseyin balansında olan ümumilikdə 5 600 manat dəyərində əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəyib.

İş üzrə toplanmış sübutlar əsasında Fazil Qədirova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda özgə əmlakını mənimsəmə) maddələri ilə ittiham elan edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri