Avq
2021
09:48
11
246
4227
Virtual karabakh

Ağdaşda fəhlə şirniyyat sexində faciəvi şəkildə öldü

2 Avq, 2021
09:48
4227

Ağdaşda fəhlə şirniyyat sexində faciəvi şəkildə öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyulun 31-i saat 09:00 radələrində Ağdaş rayonu ərazisində yerləşən şirniyyat istehsalı ilə məşğul olan müəssisədə 1992-ci il təvəllüdlü Ülvi Sadıqovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdaş Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, Ülvi Sadıqovun fəhlə kimi işlədiyi “Orelay” şirniyyat müəssisəsində iş zamanı ehtiyatsızlıqdan dəzgahın içərisinə düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri