Avq
2021
13:48
316
8
2979
Virtual karabakh

Yardımlı sakini beş kiloqramdan artıq “patı” və tiryəklə saxlanıldı - FOTO

2 Avq, 2021
13:48
2979

Yardımlı sakini beş kiloqramdan artıq “patı” və tiryəklə saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri ilə beş kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Zevin kənd sakini Ramil Beybudov saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə tiryək, iki kiloqram 83 qram “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin və 48 ədəd narkotik tərkibli metadon həbləri aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, R.Beybudov narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imiş.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri