Sen
2021
11:41
48
311
8802
Virtual karabakh

Azərbaycanda dəhşətli qətl: Qadın qeyri-rəsmi nikahda yaşadığı şəxsi öldürüb həyətində basdırdı - YENİLƏNİB

1 Sen, 2021
11:41
8802

Azərbaycanda dəhşətli qətl: Qadın qeyri-rəsmi nikahda yaşadığı şəxsi öldürüb həyətində basdırdı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

6 may 2021-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kənd sakini Qalib Əsgərovun yaşadığı evin həyətində qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Neftçala rayon prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin arvadı Şahzadə Məhərrəmova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin həyətində olan bel vasitəsilə Qalib Əsgərovun baş nahiyəsinə vuraraq xəsarətlər yetirərək qəsdən öldürmüş, daha sonra cinayətin izini itirmək məqsədilə meyiti evin həyətində basdırıb.

Şahzadə Məhərrəmova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

10:32

Neftçalada qeyri-rəsmi nikahda yaşadığı şəxsi öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Belə ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib.

Qeyd edək ki, bu il mayın 17-də Lerik rayon sakini, 61 yaşlı Məhərrəmova Şahzadə Nəzir qızı kənd icra nümayəndəliyinə müraciət edərək, qeyri-rəsmi nikahda olduğu Neftçala rayon Aşağı Surra kənd sakini, 65 yaşlı Əsgərov Qalib Cabir oğlunun 11 may tarixində itkin düşməsi barədə məlumat verib.

Neftçala rayon Polis Şöbəsinin və Neftçala Rayon Prokurorluğunun apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşən şəxsin öz tanışı Şahzadə Məhərrəmova tərəfindən qətlə yetirildiyi məlum olub.

Ş.Məhərrəmova etdiyi cinayət əməlini etiraf edib. Məlum olub ki, o, qeyri-rəsmi nikahda yaşadığı Qalib Əsgərovu kürəklə öldürdükdən sonra yandıraraq öz həyətlərində basdırıb. 

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq davam edir.

Mənbə: Lent.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri