Sen
2021
18:12
220
12
2205
Virtual karabakh

Cəlilabadda polis əməliyyat keçirdi: Müxtəlif növ narkotik maddələr aşkarlandı - FOTO

7 Sen, 2021
18:12
2205

Cəlilabadda polis əməliyyat keçirdi: Müxtəlif növ narkotik maddələr aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad polisi əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ə.Cəfərov saxlanılıb. 

Şəxsi axtarış zamanı ondan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Davam etdirilən əməliyyat tədbirləri ilə Ə.Cəfərovun psixotrop maddəni əldə etdiyi şəxsin rayonun Məşədilər kənd sakini F.Əzizov olduğu müəyyən edilib və o idarə etdiyi VAZ markalı avtomobildə saxlanılaraq rayon polis şöbəsinə gətirilib. F.Əzizovun üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 kiloqram 220 qram heroin, iki kiloqramdan artıq qurudulmuş marixuana, 10 qramdan artıq tiryək, metadon həbləri, bir ədəd optik cihaz, elektron tərəzi və bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri