28 
Sen
2021
11:50
184
14
1425
Virtual karabakh

Ucarda oğurluq edən Göyçay sakini saxlanılıb - FOTO

28 Sen, 2021
11:50
1425

Ucarda oğurluq edən Göyçay sakini saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə avqust ayının 15-də rayonun Küçəkənd kəndi ərazisində yerləşən mağazaların birinə dam hissəsini qıraraq qanunsuz daxil olan və oradan pul, müxtəlif növ siqaret və bir ədəd mobil telefon oğurlayan Göyçay rayon sakini, 29 yaşlı Yunis Quliyev saxlanılıb. 

İstintaq zamanı saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının əvvəlində Ucar rayonu Alpout kəndi ərazisində yerləşən mağazaların birinə oğurluq etmək məqsədilə qanunsuz daxil olduğu, lakin bu zaman obyekt sahibi ilə qarşılaşdığından ona vintaçanla xəsarət yetirərək hadisə yerindən qaçdığı da müəyyən edilib. Həmçinin Y.Quliyevin yaşadığı Göyçay rayonu ərazisində yerləşən bir mağazadan müxtəlif növ siqaret oğurladığı da şöbə əməkdaşları tərəfindən sübuta yetirilib.

Dindirilmə zamanı Y.Quliyev törətdiyi əməlləri etiraf edərək, əldə etdiyi pulları xərclədiyini, siqaretləri isə satdığını bildirib. Ondan maddi sübut kimi bir ədəd mobil telefon götürülüb.

Faktlarla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələrdə də iştirakının olub-olmaması araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri