Okt
2021
14:28
244
25
2049
Virtual karabakh

Xocavənddə polisin qanuni əmrinə tabe olmayan sürücülər saxlanılıb

4 Okt, 2021
14:28
2049

Xocavənddə polisin qanuni əmrinə tabe olmayan sürücülər saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocavənddə polisin “saxla” əmrinə tabe olmayan sürücülər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Oktyabrın 2-də saat 04:00 radələrində işğaldan azad olunmuş Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində yerləşən nəzarət postunda İmişli rayon sakinləri Q.Talıbovun idarə etdiyi “Shacman” və R.Quliyevin idarə etdiyi “Hovo” markalı avtomobillərə “saxla” əmri verilib, lakin sürücülər tabesizlik göstərərək hərəkəti davam etdiriblər.

Görülmüş tədbirlərlə onlar saxlanılıb. 

Araşdırmalarla Q.Talıbovun sərnişini C.Məmmədovun və R.Quliyevin sərnişini N.Tapdıqovun işğaldan azad olunmuş ərazilərə keçmək üçün müvafiq icazələrinin olmaması müəyyən edilib. “Shacman” markalı avtomobilin yük yerinə baxış zamanı oradan “Altay” markalı traktor, “Hovo” markalı avtomobilin yük yerinə baxış zamanı isə dəmir və əlvan metallar aşkar edilib.

Toplanmış materiallar rayon məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri