Okt
2021
15:24
241
41
5270
Virtual karabakh

Sumqayıtda idmançını qətlə yetirən ata və oğula AĞIR CƏZA

Sumqayıt sakininin qətlində təqsirləndirilən Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.İsmayılov 10 il 6 ay, Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2018-ci ildə Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Ərazidə bir qrup gənc arasında kütləvi dava düşüb.

Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada keçinib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb. Hadisənin söyüş üstündə olduğu bildirilir.

Onu da qeyd edək ki, qətlə yetirilən Rasif Həbibov idmançı olub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri