19 
Okt
2021
13:28
97
8
3024
Virtual karabakh

Direktora neçə il həbs cəzası verildi?

19 Okt, 2021
13:28
3024

Direktora neçə il həbs cəzası verildi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən “Fakt Araşdırıcı-N” MMC-nin direktoru Zeynal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report" xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Z.Məmmədov doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ibtidai istintaqla Z.Məmmədovun “Fakt Araşdırıcı-N” MMC-nin direktoru vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ona müraciət edən ayrı-ayrı şəxsləri həmin cəmiyyətdə işə qəbul etmək üçün müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, daha sonra cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri təsdiq etməklə vəzifə saxtakarlığına yol verərək pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Z.Məmmədova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma-təkrar törədildikdə), 193-1.2.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması-təkrar törədildikdə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Z.Məmmədov daha əvvəl məhkumluq həyatı yaşayıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri