19 
Okt
2021
17:40
117
11
2525
Virtual karabakh

Qardaşını öldürən şəxsin cinayət işindən yeni xəbər var

19 Okt, 2021
17:40
2525

Qardaşını öldürən şəxsin cinayət işindən yeni xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçalada qardaşını bıçaqlayaraq öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Neftçala Rayon Prokurorluğundan verilən məlumata görə, 2021-ci ilin iyulun 8-də Neftçala rayonunun Həsənabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Zaur Məmmədovun bıçaqla sağlamlığına ağır xəsarət yetirilməsi və onun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qardaşı Vahid Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Zaur Məmmədova xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən ölüb.

Toplanan kifayət qədər sübutlar əsasında Vahid Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyatı üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri