26 
Okt
2021
14:42
198
57
2832
Virtual karabakh

Ölkəyə gətirilmiş 50 min manatlıq spirtli içki və siqaret ələ keçirildi - VİDEO

26 Okt, 2021
14:42
2832

Ölkəyə gətirilmiş 50 min manatlıq spirtli içki və siqaret ələ keçirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda aksiz markası olmayan spirtli içkilərin və siqaretlərin realizə edilməsinin qarşısını alıblar.

Komitədən verilən məlumata görə, baş idarənin əməliyyat idarəsinə üzərində Azərbaycanın müvafiq aksiz markası olmayan müxtəlif markalı spirtli içkilərin Bakının Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən yaşayış sahələrində saxlanılması, habelə həmin spirtli içkilərin bir hissəsinin “Daewoo Damas” markalı minik avtomobilində satış məqsədilə realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Gömrük əməkdaşlarının ərazidə keçirdiyi əməliyyat tədbiri zamanı “Daewoo Damas” markalı minik avtomobilinə baxış keçirilib və avtomobilin salon və arxa yük yerində saxlanılan müxtəlif ölçülü karton qutulardan və sellofan torbalarda 82 ədəd müxtəlif markalı spirtli içkilər aşkarlanıb. Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq Badamdar qəsəbəsindəki evin həyətyanı sahəsində yerləşən iki ədəd qapalı tipli yaşayış sahəsinə keçirilən baxış zamanı 1 443 ədəd spirtli içkilər və 100 qutu “Davidoff gold slims” markalı siqaretlər aşkar edilib.

Aşkarlanan spirtli içkilərin və siqaretlərin ümumi dəyəri 48 502 manatdır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri