Noy
2021
14:44
171
55
3178
Virtual karabakh

Bakıda ödəniş terminalından 13 min manat oğurlanıb - FOTO/VİDEO

5 Noy, 2021
14:44
3178

Bakıda ödəniş terminalından 13 min manat oğurlanıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində quraşdırılan “Milliön” ödəniş terminallarından birinin kassası sındırılaraq oradan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxslər kassada olan 12 min manat və 600 dolları oğurlayaraq hadisə yerindən yayınıblar.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxslər əvvəllər məhkum olunmuş həmin şirkətin əməkdaşı Vüsal Tağıyev, tanışları Fərhad Əliyev və İbrahim İlyasov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər. Hər üç şəxs törətdikləri hadisəni etiraf edib və oğurluq nəticəsində əldə etdikləri pul vəsaitlərini aralarında böldüklərini bildiriblər.

Qeyd edək ki, saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Vüsal Tağıyev, Fərhad Əliyev və İbrahim İlyasovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Sabunçu Rayon Polis İdarəsi və DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri