12 
Noy
2021
17:04
57
166
2159
Virtual karabakh

Gömrükdən keçirilməsinə cəhd göstərilən 22 ədəd mobil telefon müsadirə edilib

12 Noy, 2021
17:04
2159

Gömrükdən keçirilməsinə cəhd göstərilən 22 ədəd mobil telefon müsadirə edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə öncədən əlbir olan bir qrup şəxsin ABŞ-dan gətirdikləri xeyli miqdarda mobil telefonları gömrük nəzarətindən gizli keçirəcəyi barədə məlumat daxil olub.

Bu barədə DGK-dan məlumat yayıb.

Həmin məlumat əsasında Azərbaycan vətəndaşı və onun Bakı Karqo Terminalının qarşısındakı avtodayanacaqda saxladığı “Mercedes-Benz E 240” markalı avtomobili nəzarətə götürülüb.

Yoxlama zamanı avtomobildə gizlədilən 22 ədəd “iPhone 13 PRO” markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri