15 
Noy
2021
16:04
141
18
1989
Virtual karabakh

Zavoddan 20 min manat dəyərində oğurluq edən şəxs saxlandı

15 Noy, 2021
16:04
1989

Zavoddan 20 min manat dəyərində oğurluq edən şəxs saxlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə noyabrın 12-də rayon ərazisində yerləşən “Azintes” MMC-yə məxsus alüminium zavodundan 20 000 manat dəyərində laboratoriya avadanlıqlarının oğurlanması barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Həsənov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri