16 
Noy
2021
15:40
9
183
1571
Virtual karabakh

Abşeron sakinini döyərək pulunu və telefonunu ələ keçirdilər

16 Noy, 2021
15:40
1571

Abşeron sakinini döyərək pulunu və telefonunu ələ keçirdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda quldurluq hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə noyabrın 15-də saat 02:00 radələrində Lökbatan qəsəbəsi ərazisində iki nəfərin Abşeron rayon sakini S.Səlimlini döyərək 1 725 manat pulunu və mobil telefonunu almaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini N.Nəsirov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri