17 
Noy
2021
09:40
78
11
1190
Virtual karabakh

Göyçayda tanışını öldürmək istəyən şəxs barədə cinayət işi açıldı

17 Noy, 2021
09:40
1190

Göyçayda tanışını öldürmək istəyən şəxs barədə cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 16-sı saat 20:00 radələrində 1989-cu il təvəllüdlü Vüsal Məmmədovun Göyçay rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1992-ci il təvəllüdlü Fərid Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Vüsal Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri