18 
Noy
2021
10:10
14
157
1987
Virtual karabakh

Xızıda naməlum kişi meyiti tapılıb - FOTO

18 Noy, 2021
10:10
1987

Xızıda naməlum kişi meyiti tapılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xızı rayonu Yeni Yaşma kəndi ərazisində 40-45 yaşlarında naməlum kişi meyiti tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 170 santimetr, nisbətən yumru sifət quruluşlu, seyrək saçlıdır.

Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri olmayıb.

 “Qeyd edək ki, bu şəxsi tanıyanlardan Xızı Rayon Polis Şöbəsinin 023-31-50-131 və 051-500-00-13 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir”, - Mətbuat Xidmətindən bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri