22 
Noy
2021
16:08
129
8
1602
Virtual karabakh

30 min manatlıq dələduzluq edən vəzifəli şəxsin işi məhkəməyə göndərildi

22 Noy, 2021
16:08
1602

30 min manatlıq dələduzluq edən vəzifəli şəxsin işi məhkəməyə göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonu, Timiryazev bələdiyyəsinin sabiq sədr müavininin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Quba Rayon Prokurorluğunda aparılan istintaqla Timiryazev bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə ayrı-ayrı şəxslərə Timiryazev qəsəbəsi ərazisində olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahələrini onların xüsusi mülkiyyətinə və icarəsinə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək ümumilikdə 30 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, vəzifəli şəxslərə vermək adı ilə vətəndaşı rüşvət verməyə təhrik etməsinə, həmçinin xüsusi mülkiyyətdə olan torpaq sahəsində qanunsuz tikinti işləri aparmasına əsaslı şübhələr müəyyən edilib.

Mahir Bayramov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

İstintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın qismən ödənilməsi təmin edilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri