24 
Noy
2021
09:58
83
31
952
Virtual karabakh

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

24 Noy, 2021
09:58
952

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 23-də polis əməkdaşları tərəfindən respublika ərazisində üç nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən bir nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri