26 
Noy
2021
11:22
29
95
6738
Virtual karabakh

DİN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

26 Noy, 2021
11:22
6738

DİN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hava şəraitinin kəskin dəyişməsi, xüsusən də səhər və axşam saatlarındakı qatı duman qəzalara səbəb ola bilər. Bununla bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə gücləndirilmiş rejimdə xidmət aparır:

“Sürücülərdən xahiş olunur ki, avtomobil şinlərini qış rejiminin tələblərinə uyğun hazırlasınlar, dumanlı havada müvafiq işıqlardan istifadə edərək şəhər daxilində müəyyən olunmuş hərəkət sürətini aşmasınlar. Piyadalara təhlükəsiz mənzil başına çatmaq üçün yalnız yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkət etmələri, qarşıdan-qarşıya yalnız piyada keçidləri keçmələri tövsiyə olunur. Dağlıq rayonlara gedəcək sakinlərə isə qarlı hava şəraiti ilə bağlı maksimum diqqətli olmaları məsləhət olunur”.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri