26 
Noy
2021
15:28
182
65
2282
Virtual karabakh

Ölkəyə keçirilən külli miqdarda pirotexniki vasitə müsadirə edildi - FOTO/VİDEO

26 Noy, 2021
15:28
2282

Ölkəyə keçirilən külli miqdarda pirotexniki vasitə müsadirə edildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gömrükçülər külli miqdarda pirotexniki vasitələrin və dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında idarənin “Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə ağacyonqarlı piltələr, səthi melaminlə hopdurulmuş, kağızla örtülmüş laminat yükü gətirən “DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və terminalın ərazisinə gətirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində gətirilən yüklərdən əlavə karton qutuların olduğu müəyyən edilib. Baxış zamanı 213 iri həcmli qutuda - 10 384 ədəd fişəng, 164 560 ədəd petarda və 2 qutuda 42 000 ədəd “Prednizalon 5 mg” adlı həb, 66 flakon “Fosit 4 g” adlı dərman vasitələri aşkarlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri