27 
Noy
2021
14:39
126
69
1623
Virtual karabakh

Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib - FOTO

27 Noy, 2021
14:39
1623

Abşeronda karantin qaydalarını pozan kafenin sahibi cərimələnib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə gecə saat 00:00-dan sonra xidmət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Masazır qəsəbəsində yerləşən “Kral” kafesinin saat 00:20 radələrində müştərilərə xidmət göstərdiyini müəyyən ediblər.

Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb, kafenin sahibi İ.Hüseynov və 6 müştəri saxlanılaraq Polis İdarəsinə dəvət edilib. Müştərilər və kafenin sahibi barəsində inzibati qaydada tədbir görülüb və onların hər biri cərimə ediliblər.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri