Dek
2021
11:12
89
10
1118
Virtual karabakh

55 yaşlı tanışını döyərək öldürməkdə təqsirləndirilən gəncin məhkəməsi başlayır

2 Dek, 2021
11:12
1118

55 yaşlı tanışını döyərək öldürməkdə təqsirləndirilən gəncin məhkəməsi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

30 avqust 2021-ci il tarixdə Quba rayonu, Gültəpə kənd sakini, 1966-cı il təvəllüdlü Zeydulla Əzizovun almış olduğu xəsarətlər nəticəsində Qusar Rayon Mərkəzi Xəstəxanasında ölməsi faktı ilə bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Quba Rayon Prokurorluğunda istintaqla müəyyən edilib ki, 2021-ci il avqustun 23-də saat 01:00 radələrində Gültəpə kəndi ərazisində 1993-cü təvəllüdlü Şöhrət Mursəliyev tanışı Zeydulla Əzizov ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarətlər yetirmiş, nəticədə Z.Əzizov avqustun 30-da almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Toplanmış kifayət qədər sübutlar əsasında Şöhrət Mursəliyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri