Dek
2021
12:02
264
13
2171
Virtual karabakh

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat TAPILDI - VİDEO

2 Dek, 2021
12:02
2171

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat TAPILDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayon ərazisində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.

Polis əməkdaşları yeddi avtomat, üç qumbaraatan, üç pulemyot, yeddi qumbaraatan mərmisi, səkkiz əl qumbarası, dörd partladıcı vasitə, üç sandıq, 5 435 müxtəlif çaplı patronlar və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri