Dek
2021
09:16
29
365
5021
Virtual karabakh

Bakıda gənc icarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı kişini vurdu

8 Dek, 2021
09:16
5021

Bakıda gənc icarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı kişini vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçən 1956-cı il təvəllüdlü Hüseynov Abdulmanaf Əhməd oğlunu “Gelandewagen” markalı avtomobil vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.

Qeyd edək ki, nəqliyyat vasitəsi paytaxtdakı avtomobil icarə şirkətlərindən birinə məxsusdur. Avtomobili gənc oğlan idarə edirmiş.

Hadisənin təfərrüatı araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri