Dek
2021
15:55
114
29
5354
Virtual karabakh

MTN polkovnikinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

9 Dek, 2021
15:55
5354

MTN polkovnikinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisinin ölümü ilə bağlı məlumat yayıb.

Xidmətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib:

“Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Z.İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.

Lakin aparılan tibbi tədbirlərə baxmayaraq, o, 25 noyabr 2021-ci il tarixdə tromboemboliyadan qəflətən vəfat edib”.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri