10 
Yan
2022
16:04
179
17
1744
Virtual karabakh

Astarada qohumlardan ibarət dəstədən silahlar aşkarlandı - FOTO

10 Yan, 2022
16:04
1744

Astarada qohumlardan ibarət dəstədən silahlar aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astarada qohum narkotacirlər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər saxlanılıb.

Onlardan ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə və iki ədəd qanunsuz odlu silah aşkarlanaraq götürülüb.

Belə ki, Astara RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakinləri - Cahid Hacıağazadə və qohumu Ramal Həmdəmov saxlanılıblar.

Keçirilən baxış zamanı C.Hacıağazadənin əlindəki torbadan 7 kiloqram 460 qram narkotik vasitə - qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Araşdırma zamanı C.Hacıağazadənin həmin narkotik vasitəni qohumu, Astara rayon Pəlikeş kənd sakini Vüqar Vahabovdan əldə etdiyi müəyyən edilib və sonuncu polis əməkdaşları tərəfindən saxlanılıb.

V.Vahabovun yaşadığı evə keçirilən baxış zamanı oradan 2 kiloqram 230 qram marixuana və bir ədəd qanunsuz olaraq saxladığı “Toz” markalı müvafiq sənədləri olmayan ov silahı və həmin silaha aid 26 ədəd patron aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə Vüqar Vahabovun həmin narkotik vasitəni qohumu, Züngüləş kənd sakini Tosif Məmmədovdan əldə etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılan T.Məmmədovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 320 qram marixuana və bir ədəd qanunsuz olaraq saxladığı müvafiq sənədləri olmayan “İJ” markalı ov silahı aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri