11 
Yan
2022
17:36
31
225
3779
Virtual karabakh

Bakıda bir milyon manata yaxın dələduzluqda təqsirləndirilən şəxslərə bəraət verildi

11 Yan, 2022
17:36
3779

Bakıda bir milyon manata yaxın dələduzluqda təqsirləndirilən şəxslərə bəraət verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirləndirilən İlham Xıdırov və Nazim Mustafayevə bəraət verilib.

“Report”un xəbərinə görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində çıxarılıb.

Qərara əsasən, dələduzluq faktı sübuta yetirilməyib və buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv edilib. Hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, İ.Xıdırovla N.Mustafayev İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən 1 milyon manata yaxın pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Xıdırov 9 il 6 ay və N.Mustafayev isə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri