12 
Yan
2022
10:08
124
12
1952
Virtual karabakh

Sumqayıt sakinini qətlə yetirən şəxs ƏLƏ KEÇDİ

12 Yan, 2022
10:08
1952

Sumqayıt sakinini qətlə yetirən şəxs ƏLƏ KEÇDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 11-i saat 21 radələrində Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Rövşən Musayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişlərin tanışı 1975-ci il təvəllüdlü Rüfət Məmmədovun Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rövşən Musayevə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rüfət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri