12 
Yan
2022
17:40
352
11
2708
Virtual karabakh

Polisdən əməliyyat: Narkotacirlər ƏLƏ KEÇDİ - FOTO

12 Yan, 2022
17:40
2708

Polisdən əməliyyat: Narkotacirlər ƏLƏ KEÇDİ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şəhər sakini, əvvəllər məhkum olunmuş Səxavət Hüseynov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 3 qramdan artıq narkotik maddə olan heroin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Hüseynovun yaşadığı evə keçirilən baxış zaman isə təmiz çəki 1 kiloqram 830 qram olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı şəhər sakini, əvvəllər narkotiklərə görə həbs olunmuş Musa Musayev də saxlanılıb. Onun üzərində isə 480 qram marixuana aşkarlanıb.

Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri