14 
Yan
2022
10:05
10
363
3714
Virtual karabakh

Xaçmazda oğlu tərəfindən baltalanan qadın öldü - YENİLƏNİB

14 Yan, 2022
10:05
3714

Xaçmazda oğlu tərəfindən baltalanan qadın öldü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 13-ü saat 19 radələrində Xaçmaz rayonu Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Xaçmaz Rayon Prokurorluğu məlumat yayıb. 

Bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 1979-cu il təvəllüdlü Ramiz Sultanovun birgə yaşadıqları evdə balta ilə Səmən Sultanovanın baş və sifət nahiyələrinə çoxsaylı xəsarətlər yetirməsinə və daha sonra isə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Ramiz Sultanovun yerinin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi, həmçinin cinayətin təfərrüatının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

09:16

Xaçmazda oğlu tərəfindən balta ilə xəsarət yetirilən Səmən Sultanova dünyasını dəyişib.

Bu barədə APA məlumat yayıb.

Qeyd edək ki, hadisə ötən gün rayonun Əzizli kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Səmən Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisəni qadının oğlu anası ilə münaqişə zəminində törədib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri