14 
Yan
2022
12:40
151
14
1329
Virtual karabakh

Göygöldə mağazadan oğurluq edən şəxslər ƏLƏ KEÇDİ - FOTO/VİDEO

14 Yan, 2022
12:40
1329

Göygöldə mağazadan oğurluq edən şəxslər ƏLƏ KEÇDİ - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisindəki mağazalardan silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Məmmədov və Arif Ələkbərov ilə birlikdə rayonun Quşqara kəndi ərazisindəki mağazaya qeyri-qanuni yola daxil olaraq oradan ümumilikdə 2 430 manat dəyərində olan tütün, alkoqol və energetik içkilər, eləcə də gündəlik tələbat mallarını oğurlayıblar.

Daha sonra həmin şəxslər oğurladıqları malları Gəncə şəhərində satıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Göygöl RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri