18 
Yan
2022
11:56
181
13
2303
Virtual karabakh

Bakı sakinini şəkilləri ilə şantaj edən baxıcı tutuldu

18 Yan, 2022
11:56
2303

Bakı sakinini şəkilləri ilə şantaj edən baxıcı tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda vətəndaşı şantaj edən baxıcı tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın 2021-ci il sentyabrın 19-da bir nəfərin (baxıcı) onu aldadıb hesabına 1 700 manat pul ödətdirməsini, sonradan pulunu geri istədikdə ailə şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib puldan imtina etməyi tələb etməsini bildirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt sakini L.Məmmədova müəyyən edilərək saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri